Anar Dadaşov: "Şəki İpək Kombinatı müasir avadanlıqlarla təmin olunacaq" | VİDEO

   Anar Dadaşov:    "Şəki İpək Kombinatı müasir avadanlıqlarla təmin olunacaq" |  VİDEO
  02 Dekabr 2025    Oxunub:1577
"1931-ci ildən fəaliyyət göstərən Şəki İpək Kombinatında hazırda 325 nəfər çalışır".
Bu sözləri "Azəripək" ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov Şəki rayonunun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda məlumat verib. O bildirib ki, kombinatda 100% təbii və təmiz ipək hazırlanır:

"Burada xam ipək və parça ilə yanaşı atlas və kəlağayı da istehsal olunur. Kombinatın baramaaçma sexində 120 nəfər çalışır. Onların əksəriyyəti qadınlardır".

Anar Dadaşov söyləyib ki, kombinatın tərkibində satış mağazası da mövcuddur:

"Yaxın gələcəkdə kombinatın avadanlıqlarının yenilənməsi planlaşdırılır".

Diqqətə çatdıraq ki, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində son illər respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər "Azəripək"in də fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Hazırda müəssisədə 6 istehsal sahəsi: baramaaçan, burucu, toxucu, boyaq-bəzək istehsalatları, həmçinin çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. 2002-ci ildə müəssisənin nəzdində ayrıca istehsal sahəsi – kəlağayı sexi də yaradılıb.

AzVision.az


Teqlər: Şəki   turizm   ipəkçilik  



Xəbər lenti